Valentina Matviyenko Azərbaycana gələcək

21.11.2024

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Milli Məclisinin sədri Sahibə Qafarovanın rəsmi səfər dəvətini qəbul edib.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Şuranın mətbuat xidməti məlumat yayıb.

“Sahibə Qafarova Valentina Matviyenkonu Azərbaycana rəsmi səfərə dəvət edib. Federasiya Şurasının sədri dəvəti qəbul edib. Səfərin dəqiq tarixi razılaşdırılacaq”, – məlumatda qeyd olunub.

Bildirilib ki, MDB Parlamentlərarası Assambleyası çərçivəsində keçirilən görüş zamanı V.Matviyenko və S.Qafarova parlament əlaqələrini aktivləşdirmək barədə razılığa gəliblər.

Bundan əlavə, ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən parlament xətti üzrə, həmçinin beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət müzakirə olunub.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью