Valentino Rossinin yarış avtomobili hərracda satılıb

20.10.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"BMW M Motorsport" tərəfindən təklif olunan BMW M4 GT3 yarış avtomobili Münhendə keçirilən "RM Sotheby's" hərracında satılıb.

Oxu.Az championat.com-a istinadən xəbər verir ki, avtomobil motosiklet yarışları üzrə doqquzqat dünya çempionu Valentino Rossi tərəfindən 27 dəfə idarə olunub.

Avtomobil 646 000 avroya satılıb.

Qeyd edək ki. Rossi bu avtomobillə 2024-cü il Dünya Dözümlülük Çempionatında (WEC) yarışıb və Montsada LMGT3 kateqoriyasında ikinci, Fuci Qran-prisində isə üçüncü olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью