Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Moskva Prokurorluğu Rusiya Federasiyasının Əməkdar Artisti Valeri Meladzenin Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirməsi ilə bağlı araşdırma aparır.
"Ölkə.az" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Əgər iddia təsdiqlənərsə, Meladze xarici agentlər reyestrinə əlavə edilə və hətta Rusiya vətəndaşlığından məhrum edilə bilər.
Valeri Meladzenin Rusiya vətəndaşlığından məhrum edilməsi ilə bağlı ilk çağırışlar 2023-cü ildə edilib. Müğənni sosial mediada paylaşım edərək "heç kimdən nifrət etmədiyini", Rusiya və Ukrayna xalqları arasındakı "ədavətə" son qoymağı arzuladığını və bütün enerjisini bu məqsədlə sərf etməyə hazır olduğunu bildirib.
2024-cü ildə Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin də oxşar bir tələb irəli sürüb. O, təkcə Meladzenin deyil, həm də Rusiyanın Xalq Artisti Liya Axedjakovanın vətəndaşlığının ləğv edilməsinin vacibliyini bildirib.
Elvin
Ölkə.az