Valeri Qazzayev Berezutskinin Azərbaycanda uğur qazanacağına inanır

26.11.2024

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Vasili Berezutski baş məşqçi kimi çalışmaq üçün artıq yetişmişdi". Bu sözləri "matchtv.ru" portalına açıqlamasında Moskva ÇSKA-nın sabiq baş məşqçisi Valeri Qazzayev deyib.

Berezutskinin yaxından tanıyan mütəxəssis onun "Sabah"da uğurlu karyera quracağına inandığını da bildirib: "O, bir çox tanınmış məşqçilərin yanında köməkçi işləyib. Viktor Qonçarenko, Leonid Slutskidən çox şey öyrənib. Məşqçi kimi təcrübə toplayıb, müəyyən mərhələni geridə qoyub. Futbola özünəxas baxışı da var. Ümid edək ki, daha bir güclü rusiyalı məşqçi görəcəyik".

Qeyd edək ki, Krunoslav Renduliçlə yolları ayıran "Sabah" ötən gün rusiyalı mütəxəssislə 2,5 illik müqavilə bağlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью