“Valerian” və ya “Korvalol”un TƏHLÜKƏSİ

23.03.2025

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“Valerian” və ya “Korvalol”un sui-istifadəsi təhlükli ola bilər. Belə ki, sakitləşdirici dərmanların çox dozası infarkt yarada bilər.

“Cebheinfo.az” xəbər verir ki, bunu klinik farmakoloq Aleksand Ediger deyib.

Təlimatlara görə, dərmanın 20-30 damcısının kifayət etməsinə baxmayaraq, böyük həyəcan anlarında bir çox insan yarım şüşəni bir stəkana tökür.

“Bu vəziyyətdə kifayət qədər aydın sedativ təsir əldə edə bilərsiniz. Yəni təzyiq düşür və yarı huşunu itirmə vəziyyəti yaranır”,- deyə Ediger xəbərdarlıq edib. O, bu halda  infarkt keçirə biləcəyinizi vurğulayıb.

Mütəxəssis “İnsan axmaqlığının həddi-hüdudu yoxdur”,- deyə təəssüflənib.

"Bir anda böyük bir doza içsəniz, özünüzü daha yaxşı hiss edəcəyinizi düşünməməlisiniz",-deyib.

Xəzər
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью