Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
"Beşiktaş", "Uotford" və "Vest Bromviç"in sabiq baş məşqçsi Valerien İsmaelin yeni klubu bəlli olub.
QOLl.az xəbər verir ki, fransalı mütəxəssis İngiltərə Çempionşip təmsilçisi "Blekbern"i çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
49 yaşlı məşqçi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, V.İsmael 2022-ci ildə "Beşiktaş"ı çalışdırıb. Onun son iş yeri isə Çempionşip təmsilçisi "Uotford" olub.