Valideyn məktəblərdə telefon qadağası ilə bağlı hökumətə müraciət etdi müzakirələr başladı…
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müasir dövrdə mobil telefonlar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilsə də, onların məktəblərdə istifadəsi qlobal miqyasda ciddi müzakirələr doğurur.
Tədqiqatlar göstərir ki, dərs zamanı telefondan istifadə şagirdlərin diqqətini yayındırır, akademik nailiyyətləri zəiflədir və sosial-psixoloji rifahı zədələyir.
Bu səbəbdən bir çox ölkələrdə təhsil müəssisələrində mobil telefonlara məhdudiyyətlər tətbiq olunur və nəticələr, əsasən, müsbət qiymətləndirilir.
Redaktor.az xəbər verir ki, BBC-nin məlumatına görə, Böyük Britaniyada məktəblərdə mobil telefonlarından istifadənin qadağan olunması ilə bağlı müzakirələr yeni mərhələyə qədəm qoyub.
Bu dəfə məsələni gündəmə gətirən ötən il qətlə yetirilən 16 yaşlı Brianna Geyin anası Ester Gey olub.
O, məktəblərdə mobil telefon qadağası ilə bağlı hökumətə rəsmi müraciət ünvanlayıb.
Ester Gey bildirib ki, qızı Brianna məktəbdə telefon asılılığı səbəbindən dəfələrlə çətinliklərlə üzləşib.
Tam oxu
Xəbəri oxu