Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Astara rayonunda baş verən faciəvi hadisə bir daha göstərdi ki, körpələrin sağlamlığı valideynlərin maarifləndirilməsi ilə sıx bağlıdır.
2024-cü il təvəllüdlü, 10 aylıq Elcan Taleh oğlu Həsənzadənin hərarəti qalxaraq həyatını itirməsi xəbəri bütün ölkəni sarsıtdı.
Hadisə zamanı körpənin yaxınları qidadan zəhərlənmə şübhəsi ilə ona ərzaq sodası verməyə çalışıblar.
Bu müdaxilə uşağın vəziyyətini daha da pisləşdirib. Daha sonra körpə əvvəl Şükür kəndindəki, sonra isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının
Həkimlərin göstərdiyi bütün tibbi müdaxilələrə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.
Ekspertlər və pediatrlar bildirirlər ki, bu cür hallar təəssüf ki, ölkəmizdə nadir deyil.
Hər il bir çox valideyn təcili tibbi yardım göstərmək əvəzinə, evdə və ya səhv üsullarla körpələrinə müdaxilə edir.