Valideyn tərəfindən döyülən məktəbli danışdı VİDEO

14.10.2025

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər orta məktəblərdə qalmaqallı hadisələr bir - birini əvəzləyir. Bu dəfəki olay təəssüf hissi doğrurur. Belə ki, qalmaqal bir şagirdin valideyninin dərs prosesi zamanı digər şagirdi döyməsi faktıdır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, iddialara görə, Tərtər rayonun Seydimli kənd  tam orta məktəbinin  11 sinif şagirdi oxuduğu məktəbdə sinif yoldaşının atası, Bəxtiyar adlı şəxs tərəfindən döyülüb.

Hadisədən sonra dərhal valideynlərə xəbər veriblər.

Döyülmə nəticəsində xəsarət alan şagird xəstəxanaya çatdırılıb. 

Hadisəni törədən valideyndən də münasibət öyrənmək istədik. Lakin cəhdlərimiz alınmadı. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  bildirilib ki, qeyd olunan məsələ ilə bağlı oktyabrın Tərtər Rayon Polis Şöbəsinə məlumat daxil olub. Faktla bağlı tərəflərin izahatları alınıb, müvafiq ekspertiza təyin olunub.

Hazırda Təhqiqat Bölməsində araşdırma davam etdirilir.

Daha ətraflı videomaterialı təqdim edirik. 
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью