Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Ölkəmizdə statistikaya görə boşanmaların sayı getdikcə artır.
Valideynlərin ayrılması isə ən çox azyaşlı uşaqlara təsir edir.
Bəs boşanmış ailələrdən çıxan uşaqların sosiallaşmasında hansı çətinliklər yaşanır?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında psixoloq Nizami Orucov bildirdi ki, boşanmış ailələrdən çıxan uşaqlarda bu, özünü az və ya çox dərəcədə göstərir, yəni individual olaraq dəyişir: “Natamamlıq hissi, depressiyaya meyil, özünü əksik hiss etmə, daim bir seçim etmə hissində olma, daxildə müqayisə aparma kimi hiss və düşüncə problemləri müşahidə edilə bilər.
Amma bunlar normaldır. Çünki uşaq dünyaya baxdığı məkanda birdən bölünməyə, ayrılmağa məcbur qaldığı üçün bu kimi keçid dövrlərindən keçməli
Psixoloqun sözlərinə görə, əsas məsələ valideynlərin sağlam şərh etməyi bacarmağı və idarə edə bilməsidir.
"Əsas olan bu prosesi valideynlərin ayrı-ayrılıqda sağlam şərh etməyi bacarmağı və idarə edə bilməsidir.
Əgər boşanma prosesinin toksikliyi uşağa ötürülərək aparılmağa çalışılsa, burada əlavə olaraq uşağın psixologiyasında yarana biləcək qeyri-sağlam gedişat görülə bilər.