Valideynin doğum haqqında şəhadətnaməsi olmayan cütlüklər nikaha girmək üçün nə etməlidirl…
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ailə Məcəlləsinə dəyişiklik edildiyi gündən etibarən ölkə ərazisində qohum evlilikləri qadağan olunub.
Nikaha girmək istəyən şəxslər "ASAN Xidmət" mərkəzlərinə müraciət etdikdə onların qohumluq əlaqələrini yoxlamaq məqsədilə özlərinin və valideynlərin doğum haqqında şəhadətnamələri istənilir.
Oxu.Az xəbər verir ki, bəzən bu hal nikaha girmək istəyənlərə çətinlik yaradır.
Belə ki, qohum olmayan bir qrup cütlük valideynləri doğum haqqında şəhadətnamələrini itirdikləri üçün nikaha girə bilmirlər.
Nəzərə alsaq ki, bəzi gənclər tərk edilmiş uşaqlıq yaşayıblar və ailələrindən xəbərləri yoxdur, bu halda onların evlənməsi müşkül məsələyə çevrilir.
Maraqlıdır, bəs görəsən, valideynin doğum haqqında şəhadətnaməsi olmayan cütlüklər nikaha girmək üçün nə etməlidirlər?
Ədliyyə Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, nikaha daxil olmaq istəyən şəxslər valideynlərinin doğumu haqqında şəhadətnamələri təqdim edə bilmədikdə qeydiyyat orqanı müvafiq akt qeydlərinin əldə edilməsi üçün tədbir görür: "Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 3.3-cü bəndinə əsasən, nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq əlaqələrinin mövcud olması qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə yoxlanılır.
Tam oxu
Xəbəri oxu