“Valideyninə görə sənətə gələn uşaq yarı yolda qalar”

20.03.2025

Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xalq artisti Mənsum İbrahimov "Qonaqcanlı" verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, xanəndə valideynlərin istəyi ilə uşaqların sənətə gəlməsini doğru hesab etmədiyini bildirib:

"Valideyninə görə sənətə gələn uşaq yarı yolda qalar. Çünki biz heç kimə görə sənətə gəlməmişik, o vaxt muğama gəlmək çox çətin idi. İnan ki, qəhrəmanlıq idi. Bir televiziya kanalımız var idi, ora düşmək çətin idi. O vaxt indiki kimi müsabiqələr yox idi ki, günlərlə efirdə görünəsən. Məsələn mən özüm müsabiqə ilə gəlmişəm. Cəmi bir gün oxumuşam. O da efirdə də getməyib".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью