Valideynlə Hövsan Olimpiya İdman Kompleksindən şiayət edir Çarpayılar su altında qalıb + VİDEO

04.12.2024

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

Yağış yağanda otaqlara damır… Çarpayılar islanır, tavandan döşəməyə qədər suyun içində qalır…

Xezerxeber.az xəbər verir ki, görüntülər Hövsan Olimpiya İdman Kompleksindəndir.

Valideynlər iddia edir ki, müvəqqəti olaraq kompleksdə qalan övladları şəraitsizlikdən əziyyət çəkirlər.

Respublika Olimpiya İdman liseyi hazırda təmirə bağlandığından şagirdləri burada gecələyir.

Kompleksin direktoru  Oruc Məmmədli video görüntülərin noyabr ayında lentə alındığını deyib. Oruc Məmmədli təməli 2009-cu ildə  qoyulan kompleksin  tavanın artıq yarı hissəsinin yeniləndiyini, navalçaların isə təmizləndiyini dilə gətirib.

Oruc Məmmədli qeyd edib ki, payız-qış mövsümü başlayandan kompleksin istilik sistemində yaranmış problem, həmçinin günün bütün saatlarında isti  su verilməsindəki məhdudiyyət aradan qaldırılıb.

Bundan başqa, kompleks 3 ədəd iri qızdırıcı ilə təmin olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью