525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Braziliyada ailə təyyarəni tərk edərkən 7 yaşlı övladlarını götürməyi unudub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, maraqlı olay San-Pauludan Portu-Aleqriyə uçan "Latam" aviaşirkətinə məxsus təyyarədə yaşanıb.
Təyyarənin komandiri sərnişinlər göyərtini tərk etdikdən sonra orada 7 yaşlı oğlanın qalması barədə dispetçerə, o isə aviaşirkət rəhbərliyinə məlumat verib. 15 dəqiqədən sonra körpənin valideynləri ilə əlaqə saxlamaq mümkün olub və uşaq anasına təhvil verilib.
Qeyd edək ki, hadisənin necə baş verməsi, valideynlərin bu məsuliyyətsiz hərəkətlərinin səbəbləri açıqlanmır.
L.Tağıyeva