Valideynlər Bakıda məktəbin qarşısında dalaşdılar: Biri digərini BIÇAQLADI VİDEO

22.04.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Bakı şəhərinin Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media Baku TV-ə istinadən xəbər verir ki, hadisə Böyükşor qəsəbəsi ərazisində yerləşən 73 saylı orta məktəbin qarşısında qeydə alınıb.
 

Məlumata görə, məktəbə uşaqlarını gətirən iki valideyn arasında avtomobil saxlamaq üstündə yaranan mübahisə qısa müddətdə böyüyərək davaya çevrilib və tərəflərdən biri üzərində olan bıçaqla digərinə xəsarət yetirib.


"Valideynlərdən biri maşını məktəbin qarşısında saxlamışdı. Digər valideyn deyib ki, maşını götür, camaat rahat girib-çıxsın. Bundan sonra aralarında mübahisə yaranıb", - deyə hadisə şahidi bildirib.
Əraziyə polis əməkdaşları cəlb olunub, əməli törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью