Valideynlər: “Karusellər ya sınıq, ya da bahadır”

09.06.2026

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yayda uşaqların üz tutduğu məkanlardan biri də parklardır. Amma Xırdalanda uşaqlar üçün nəzərdə tutulan parklar sındırılaraq yararsız hala salınıb.

Milli.Az xəbər verir ki, valideynlər bildiriblər ki, aylardır sınıq karusellər təmir olunmur:

"Yaxınlıqda olan digər karusellərin ödənişi isə bahadır. Büdcəmizə uyğun deyil. Ümid qalır bu karusellərə, onların da vəziyyəti göz önündədir". 

Bəs hələ də təmirdən niyə xəbər yoxdur? 

Məsələ ilə bağlı parkın abadlığına cavabdeh olan məsul şəxs bildirdi ki, yaxın günlərdə sınan uşaq elementləri bərpa ediləcək. 

Asya
Milli.Az  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью