Valideynlər övladlarını nə qədər dəstəkləyir? VİDEO

23.10.2026

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Valideynlər övladlarının seçimlərinə nə dərəcədə hörmət edir? Onların təhsilinə, karyerasına və dostluq münasibətlərinə müdaxilə edirlərmi?

Lent.az APA TV-yə istinadən xəbər verir ki, televiziya əməkdaşları Bakının müxtəlif məkanlarında gənclər arasında sorğu keçiriblər.

Sorğu zamanı maraqlı və fərqli cavablar səsləndirilib.

Bəzi gənclər valideynləri ilə dost münasibətində olduqlarını, bütün qərarlarında onların dəstəyini hiss etdiklərini bildiriblər.

Digərləri isə valideynlərinin seçimlərinə müdaxilə etdiyini söyləyiblər. Respondentlərdən biri idman karyerası qurmaq istəsə də, ailəsinin buna qarşı çıxdığını və onu universitetə hazırlaşmağa yönəltdiyini deyib.

Bəzi gənclər isə valideynlərinin hətta dost seçiminə belə qarışdığını etiraf ediblər.

Sorğuda səslənən fikirlər gənclərlə valideynlər arasında münasibətlərə fərqli baxışları ortaya qoyub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью