Valideynlər və psixoloji dəstək: Sağlam inkişafın açarı | Icma.az
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Valideynlər uşağın ilk və ən güclü təsirə malik olan sosial mühitidir.
Onların davranışı, münasibətləri və yanaşmaları uşağın emosional və psixoloji inkişafında mühüm rol oynayır.
Bu baxımdan, valideynlərin psixoloji dəstək mövzusunda məlumatlı olmaları, uşağın sağlam şəxsiyyət kimi formalaşması üçün əsas şərtlərdən biridir.
Psixoloji dəstək, insanın emosional ehtiyaclarını tanımaq, onu dinləmək, başa düşmək və ona mənəvi güc vermək deməkdir.
Valideyn bu anlayışa sahib olduqda, uşağın daxili dünyasını daha dərindən qavrayır və onun yaşadığı hissləri düzgün şəkildə dəyərləndirə bilir.
Uşaqlar bir çox hallarda duyğularını açıq ifadə edə bilməzlər.
Məlumatlı bir valideyn isə qeyri-verbal siqnalları, davranış dəyişikliklərini və emosional reaksiyaları analiz edərək uşağın içindəki narahatlığı vaxtında hiss edə bilər.
Eyni zamanda, psixoloji dəstəyə dair biliklər valideynlərin tərbiyə metodlarına da təsir göstərir.
Tam oxu
Xəbəri oxu