Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Uşağın doğulmasına görə müavinətin 600 manatdan artırılaraq 1500 manat olacağı proqnozlaşdırılır".
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Musa Quliyev bildirib.
Komitə sədri əlavə edib ki, 3 yaşadək uşağa qulluğa görə müavinətin isə 37 manatdan 100 manata qaldırılacağı proqnoz edilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)