Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Hər bir şagirdin uğurlu inkişafı bir çox faktorlardan asılıdır.
Bəs şagirdin intellektual, emosional və sosial inkişafını formalaşdıran əsas amillər hansılardır?
Ailə mühiti, məktəb şəraiti, fərdi xüsusiyyətlər və cəmiyyətin təsiri bu prosesə necə yön verir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, bu amillər arasında müəllim, valideyn, cəmiyyət və şagirdin öz fərdi çalışqanlığı xüsusi rol oynayır.
Lakin hər bir amilin təsiri fərqlidir və bu təsirlər bir-birini tamamlayır.
Onun sözlərinə görə, şagirdin akademik inkişafında müəllimin təsiri əvəzsiz olsa da, ailə faktoru da mühüm rol oynayır: “Müəllimin peşəkar biliyi, pedaqoji bacarığı və şagirdlərlə düzgün ünsiyyət qurma qabiliyyəti şagirdin nəticələrinin 40%-ni müəyyən edir.
Təcrübəli və motivasiyalı müəllimlər daha çox nəticə əldə edə bilirlər.
Xüsusilə Azərbaycanda müəllimlərin inkişaf proqramlarına ehtiyac olduğu müşahidə edilir.