Valideynlərə pis xəbər: “Ciddi fəsadlar törədəcək...” | Icma.az
Icma.az, News24 saytına istinadən bildirir. Valideynlərin əksəriyyəti övladları üçün gözəl şərait qurmaq, onları ən doğru şəkildə həyata haz
Ancaq bəzən bunları edən ana-atalar önəmli bir detalı gözdən qaçırırlar.
Bu da övladlarının düzgün formada yetişib tərbiyə olunmasıdır.Qeyd-şərtsiz hər bir ana və ata uşağını hər kəsdən çox sevir və qoruyur.
Lakin bəzən bu qorumanın dərəcəsini doğru formada tənzimləyə bilmirlər və övladlarının gələcək həyatına zərər vermiş olurlar.Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Kənan Rəhimov qeyd edib ki, valideynlərin uşaqlarını həddən artıq sevib qoruması onların həyatında ciddi fəsadlara rəvac verə bilər:“Valideyn tərəfindən doğru tərbiyə verilən, uşaqlıqdan müstəqil qərarlar verməyə, ev tapşırıqlarını özü icra etməyə, öz seçdiyi idmanla məşğul olmağa şərait yaradılan uşaqlar öz istək və qərarlarını verə bilirsə, gələcəkdə məsuliyyət daşıya bilirlər.
Öz otağında oyuncaqları yığışdırmaq proseduru belə valideynlər tərəfindən verilən tərbiyədə müsbət təsir göstərir.
Bu xüsusiyyət uşaqda təfəkkür yaradır. Məsələn, valideyn övladına tələb qoyur ki, oyuncaqları yığışdırmadan masa arxasında oturmayacaqsan.
Bu zaman o, otağındakı səliqə-səhmana görə cavabdehlik daşıdığını başa düşür və otağını yığışdırmağa başlayır.
Hətta bir müddətdən sonra özü oyuncaqlarını, əşyalarını səliqədə saxlamağı öyrənir.
Tam oxu
Xəbəri oxu