Icma.az, Bizim media portalına istinadən məlumat yayır. Abituriyentlər üçün universitetə qəbul olmaq nə qədər vacibdirsə, düzgün ixtisas seç
Çünki bu, onların həyatında və gələcək karyerasının formalaşmasında ən zəruri amillərdəndir.
İmtahan öncəsi Beynəlxalq münasibətlər üzrə fəlsəfə doktoru, dosent Nəriman Qaraxani Bizim.Media-ya abituriyentlərin gələcək karyerasını doğru şəkildə inşa etməyin yolları barədə danışıb.
O, şagirdlərinin inkişafını dəstəkləmək üçün qurulmuş təhsil platforması – Taskool haqqında ətraflı məlumat verib.Nəriman Qaraxani ilə müsahibəni təqdim edirik:- Öncəliklə istərdim ətraflı məlumat verəsiniz.
Taskool nədir və şagirdlərə nələr vəd edir?- “Taskool-u məktəblilərin bir “LinkedIn” platforması kimi təsnif edə bilərik.
Bu platforma portfel yaradaraq məktəbi bitirdikdən sonra universitetə təqdim etdikləri alternativ bir formadır.
Yəni universitetə qəbul üçün alternativ qəbul sistemidir. Şagirdlər burada özləri üçün praktik bilik və bacarıqlara yiyələnmiş olur.
Portfel yaratdıqdan sonra STEAM layihələr bankında şagirdlər öz maraq dairələrinə uyğun addım-addım verilən tapşırıqları icra edərək sonda təcrübi bacarığa sahib olurlar.