Valideynlərə xatırlama: Sabahdan seçim başlayır

20.07.2026

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sabah 2026-2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul çərçivəsində məktəb seçimi mərhələsi başlayır.

"Yeni Sabah" xəbər verir ki, valideynlər saat 11:00-dan etibarən Bakı şəhəri istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında məktəb seçimini həyata keçirə biləcəklər.

Bakı şəhəri üzrə seçim prosesi həmin gün saat 15:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə isə iyulun 22-si saat 11:00-da başlayacaq. Marqarita pizza

Qeydiyyat mektebeqebul.edu.az portalı vasitəsilə aparılır və sentyabrın 14-ü saat 18:00-dək davam edəcək.

Məktəbəhazırlıq qruplarına yalnız 2021-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul edilir.

Xatırladaq ki, məktəbəhazırlıq qruplarına elektron qeydiyyat iyulun 10-dan başlayıb. Həmçinin 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qəbul prosesi mayın 6-dan etibarən davam edir.

MÜTDA-nın məlumatına görə, bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qruplarından avtomatik olaraq birinci sinfə keçirilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью