Valideynləri boşanmış insanların insult riski 61% artır | Icma.az
Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
AzVision.az xəbər verir ki, bu tədqiqatın nəticələri "PLOS One" elmi jurnalında dərc olunub.
Tədqiqatda 13.205 nəfər amerikalının məlumatları təhlil edilib.
Bu şəxslərin 13,9%-i uşaqlıqda valideynlərinin erkən boşandığının şahidi olub.
Alimlər siqaret çəkmək, fiziki hərəkətsizlik, aşağı gəlir, diabet, depressiya və sosial dəstəyin azlığı kimi insultla əlaqəli əsas risk faktorlarını nəzərə alsa belə, valideynləri boşanmış şəxslərdə insult keçirmə 46 min nikah, 19 min boşanma - Statistika ehtimalının hələ də 61% daha yüksək olduğunu müəyyən ediblər.
Onlar valideynlərin boşanması ilə insult arasındakı əlaqənin səbəblərinin hələ tam aydın olmadığını qeyd ediblər.
Alimlərin fikrincə, bu təsir həm bioloji, həm də sosial amillərin birləşməsindən qaynaqlana bilir.
Məsələn, uşaqlıqda yaşanan emosional stress, ailə strukturlarındakı dəyişikliklər və sosial dəstəyin azalması kimi faktorlar bu riskin artmasında rol oynayır.
Tam oxu
Xəbəri oxu