Valideynləri eşitmə məhdudiyyətli imiş

29.11.2026

Olay.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Daha 17” serialında Leyla obrazını canlandıran Ceren Ayruk ilk dəfə valideynlərinin eşitmə məhdudiyyətli olduğunu açıqlayıb.

OLAY yazır ki, 3 dekabr – Dünya Əlillər Günü münasibətilə Hürriyet qəzetindən Cansu Aydın Topçuya danışan aktrisa uşaqlıq xatirələrini, ailəsi ilə qurduğu xüsusi ünsiyyəti və bunun həyatına təsirlərini bölüşüb.

Ayruk bildirib ki, özünü dərk etdiyi gündən danışmaqla yanaşı, işarət dilini də öyrənib. Uşaqlıqda nənələri ailənin ünsiyyətində ona dəstək olub və işarət dilini öyrənməsi danışmağı öyrənməsi ilə paralel baş verib.

Aktrisa valideynlərinin eşitmə məhdudiyyətli olmasının onu daha sakit və soyuqqanlı insan kimi formalaşdırdığını düşündüyünü də vurğulayıb. O, anasının danışdığı uşaqlıq xatirəsinə əsasən, kiçik yaşlarında yalnız qapı döyüləndə ağladığını, sanki bunu anasına eşitdirmək istədiyini söyləyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью