Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kalsium-fosfor mübadiləsində mühüm rol oynayan və sümüklərin möhkəmliyi üçün çox vacib olan D vitamini çatışmazlığı uşaqlarda raxit xəstəliyinə səbəb olur.
Vitamin D çatışmazlığı aşağıdakı səbəblərdən yarana bilər: - Qidada D vitamininin çatışmazlığı.
Ana südü uşaq üçün əvəzedilməz qida olmasına baxmayaraq, onun tərkibində D vitamini gündəlik normadan azdır.
Buna görə də ana südü ilə qidalanan uşaqlar mütləq profilaktik olaraq D vitamini almalıdır. İnək südündə vit D daha azdır.
Buna görə süni qidaya keçirilən uşaq uyğunlaşdırılmış süni qida almalıdır , bu qidaların tərkibində D vitamininin miqdarı gündəlik normaya uyğundur.
- Ana və uşağın açıq havada, günəş şüaları altında az olması.
- Malabsorbsiya (bağırsaqlardan yağ mənimsənilməsi pozulan uşaqlar, tez-tez ishalı olan uşaqlar). - Vaxtından əvvəl doğulanlar.