Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
“Əvvəllər sosial şəbəkələrdə ümumi təhsil məktəblərində xüsusilə yuxarı sinif şagirdlərinin geyimi ilə bağlı müxtəlif müzakirələr aparılırdı. Qızların qısa ətəklə, makiyajla, müxtəlif aksesuar və zinət əşyaları ilə məktəbə gəlməsi, oğlanların isə müəyyən dini atributlardan istifadə etməsi cəmiyyətdə birmənalı qarşılanmırdı. Eyni zamanda bəzi valideynlər övladlarının hicablı şagirdlərlə eyni sinifdə təhsil alması ilə bağlı narahatlıqlarını ifadə edirdilər. Fikrimcə, müəyyən edilmiş ümumi geyim tələbləri bu kimi müzakirələrin qarşısının alınmasına xidmət edəcək”.
Bunu 525.az-a təhsil eksperti Məzahir Məmmədli deyib. Ekspert hesab edir ki, məktəbdə geyim qaydalarının hamı üçün eyni prinsiplər əsasında tətbiqi ayrı-seçkiliyin qarşısının alınması baxımından əhəmiyyətlidir:
Ekspertin fikrincə, valideynlərin də müəyyən edilmiş qaydaları anlayışla qarşılaması vacibdir:
“Məktəbdən kənarda hər kəs öz seçimlərindən istifadə edə bilər. Ancaq tədris müddətində məktəbin müəyyən etdiyi ümumi qaydalara əməl olunması vacibdir. Burada dünya təcrübəsinə baxmaq, mövcud yanaşmaları öyrənmək və qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət etmək lazımdır”.
Sevinc Qarayeva