Valideynlərin NƏZƏRİNƏ Azyaşlılara cizgi filmi seçərkən bu məqamlara diqqət edin | Icma.az
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bildiyimiz kimi, uşaqlar körpəlikdən etibarən gördükləri hərəkətləri, deyilən sözləri təkrarlamağa və yaxud bunların təsirinə düşməyə başlayırlar.Buna görə də mütəxəssislər valideynlərə tez-tez xəbərdarlıq edir ki, uşaqların yanında öz davranışlarına, ətraflarındakı insanların işlətdiyi sözlərə, oynadıqları oyunlara, eləcə də ekranda izlədiklərinə diqqət etsinlər.
Çünki bilirik ki, azyaşlıların sevimli əyləncələrindən biri də məhz cizgi film izləməkdir.
Ancaq bu gün cizgi filmlərin sayı çoxdur və günümüzdə uşaqlar bunları adətən sosial media vasitəsilə izləyirlər.
Dəhşətlisi odur ki, son illər çəkilən cizgi filmlərinin mövzuları uşaqların psixologiyasına və tərbiyəsinə mənfi təsir göstərir.
İstər Azərbaycanda, istərsə də digər ölkələrdə çəkilən cizgi filmlərinin mövzusu uşaqlarda aqressiya, qəzəb, nifrət və zorakılıq hisslər aşılayır.
Halbuki Cizgi filmləri mehribanlıq, humanistlik və səmimiyyət təbliğ etməlidir.Nəticədə, onlar cizgi filmlərdən belə pis örnəklər götürə bilirlər.
Bunun üçün də valideynlər cizgi film seçərkən yuxarıda sadalanan məqamlara diqqət yetirməlidirlər.
Tam oxu
Xəbəri oxu