Valideynlərin NƏZƏRİNƏ! Seçim başlanılır

08.07.2025

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Bu gündən etibarən 2025-2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat çərçivəsində Azərbaycan bölməsi üzrə məktəb seçiminə start verilir.

BAKU.WS xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, valideynlər 8 iyul saat 13:00-dan başlayaraq Bakı şəhəri istisna olmaqla, ölkənin digər rayon və şəhərlərində məktəb seçimini həyata keçirə bilərlər. Bakı şəhərində seçim prosesi 9 iyul saat 13:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə isə 10 iyul saat 13:00-da başlayacaq.

Qeydiyyat "mektebeqebul.edu.az" portalı üzərindən aparılır və 12 sentyabr 2025-ci ilədək davam edəcək.

Xatırladaq ki, məktəbəhazırlıq qruplarına yalnız 2020-ci il təvəllüdlü, yəni bu il beş yaşı tamam olan uşaqlar qəbul olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью