Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Məşhur cütlük Devid və Viktoriya Bekhemin oğlu Bruklin Bekhem həyat yoldaşı Nikola Peltslə birlikdə Fransada istirahət edir.
Axşam.az xəbər verir ki, cütlük hazırda yaxtada dincəlir. Maraqlıdır ki, onlar Bruklinin valideynləri Devid və Viktoriya Bekhemdən cəmi bir neçə kilometr aralıda olsalar da, görüşmürlər.
Məlumata görə, Devid və Viktoriya Bekhem "Seven" adlı yaxtalarında San-Tropedə istirahət edirlər. Bruklin və Nikola isə onun xaç atası, müğənni Elton Cona məxsus yaxtada Nitsa yaxınlığındadır.
Bildirilib ki, Bruklin bu il də ailəsinin ənənəvi yay istirahətinə qatılmaqdan imtina edib. Buna səbəb valideynləri ilə münasibətlərinin gərgin olaraq qalmasıdır.
Qeyd edək ki, Bekhemlər ailəsi sonuncu dəfə Bruklin və Nikola ilə birlikdə 2024-cü ilin Milad bayramında görüntülənib. Xarici KİV-in yazdığına görə, Bruklin bu ilin əvvəlində valideynlərini tənqid edərək, uşaqlıqdan təzyiq gördüyünü bildirib. O, həmçinin anası Viktoriya Bekhemi həyat yoldaşı Nikola Peltsə qarşı qərəzli davranmaqda və toylarını pozmağa çalışmaqda ittiham edib.