Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Britaniyalı müğənni Elton Con ailəsi ilə yaşadığı gərginliklə gündəmdə olan Bruklin Bekhem və həyat yoldaşı Nikola Peltsi Fransadakı villasında qonaq edib.
Axşam.az xəbər verir ki, görüşün maraq doğurmasının əsas səbəbi həmin vaxt Bruklinin valideynləri Devid və Viktoriya Bekhemin də Fransanın Lazur sahilində istirahət etməsi olub. Bruklin və Nikola onlara yaxın ərazidə olsalar da, ailə üzvləri arasında görüş baş tutmayıb.
Cütlük Elton Conun malikanəsindəki istirahətlərindən görüntüləri sosial şəbəkə hesablarında paylaşıblar. Nikola villanın ərazisindəki gölməçənin yanında, gəzinti zamanı və sahildə çəkilən fotolarını yayıb. Bruklin də həyat yoldaşı ilə tətilindən kadrlar paylaşaraq izləyicilərini məlumatlandırıb.
Qeyd edək ki, Elton Con Devid və Viktoriya Bekhemlə 30 ildən çoxdur dostluq edir. O, Bruklinin xaç atasıdır. Məlumata görə, müğənni ailədaxili münaqişədə tərəf seçmək istəməsə də, Bruklini evində qəbul etməsi onun mövqeyi kimi qiymətləndirilib.