“Vallah billah, biabırçı vəziyyətdir...” Video

05.10.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Hökməli-Qobu-Güzdək avtomobil yolunda vəziyyət acınacaqlıdır. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Videodan bəlli olur ki, yola təmirlə əlaqəli tikinti və daş-torpaq tullantıları yığılıb. Bu vəziyyət həm piyadaların, həm də avtomobillərin hərəkətini çətinləşdirib. Yağışlı havalar isə vəziyyəti daha da pis həddə çatdırıb. 

“Vallah-billah, biabırçı vəziyyətdir. Bakının mərkəzindən bura nə qədər yoldur ki? Niyə aidiyyəti qurumlar buna bir əncam çəkmir? Neçə illərdir bu yol bu gündədir, camaat əziyyət çəkir”, - videonu lentə alan şikayətçi bildirib. 

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”ya bildirildi ki, sözügedən ərazidə yağış və yeraltı suların effektiv idarə olunmaması yolun müəyyən hissələrində deformasiyalara səbəb olub: “Hökməli-Qobu-Güzdək avtomobil yolunun 4-cü km-də, problem yaşanan ərazidə nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi, habelə yolun asfalt-beton örtüyünün əsaslı təmirinin həyata keçirilməsi məqsədilə ilk növbədə ətraf yaşayış ərazilərində toplanan yağış və qrunt sularının avtomobil yolundan kənarlaşdırılması üçün zəruri tədbirlərin görülməsi vacibdir.

Mövcud vəziyyət göstərir ki, sözügedən ərazidə yağış və yeraltı suların effektiv idarə olunmaması yolun müəyyən hissələrində deformasiyalara səbəb olub, eyni zamanda təmir-bərpa işlərinin dayanıqlı və keyfiyyətli şəkildə aparılmasını çətinləşdirib.

Bu baxımdan, asfalt örtüyünün təmirinə başlamazdan əvvəl aidiyyəti qurum tərəfindən səth və qrunt sularının kənarlaşdırılması məqsədilə drenaj sisteminin və suötürücü xətlərin inşası zəruri şərt kimi qiymətləndirilir. Yalnız bu tədbirlər aidiyyəti qurum tərəfindən icra edilib başa çatdırıldıqdan sonra yolda təmir-bərpa işləri həyata keçirilə bilər”. 

Fidan Etibar 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью