Vals Netanyahu ilə İrana mümkün zərbəni müzakirə edərək Trampı qəzəbləndirib

03.05.2025

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Mayk Vals İsrailin baş naziri Benyamin Netanyahu ilə İrana zərbə endirmə ehtimalını müzakirə edərək ABŞ prezidenti Donald Trampı qəzəbləndirib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Washington Post" (WP) Amerika administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Verilən məlumata görə, Valsın milli təhlükəsizlik müşaviri vəzifəsindən istefasına səbəb olan “son amil” çox güman ki, "Signal" messencerlə bağlı qalmaqal olub. Lakin bundan əvvəl də Vals fevralın 4-də Ağ Evdə Netanyahu ilə görüşündən əvvəl İsrailin baş naziri ilə “İrana qarşı güc tətbiqi variantları” ilə bağlı “aktiv koordinasiya” edərək Trampı “qəzəbləndirib”.

"WP"nin yazdığına görə, Tramp milli təhlükəsizlik müşavirinin Netanyahunun "İrana zərbə vurmağın vaxtının çatdığına" dair "etimadını paylaşmasından", Amerika liderinin özü isə diplomatik həll yolunun tapılmasını müdafiə etdiyindən kədərlənib. "Bəzi administrasiya rəsmiləri Valsın tarazlığı hərbi əməliyyatların xeyrinə dəyişməyə çalışdığına və israillilərlə sıx koordinasiyada işlədiyinə inanırdılar", - deyə qəzet yazır.

Vals ən son Trampın milli təhlükəsizlik müşaviri vəzifəsində çalışıb. Dövlət katibi Marko Rubio bundan sonra onun vəzifəsini də icra edəcək. Tramp Valsı ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizədliyini irəli sürüb. Onun təyinatı ABŞ Senatı tərəfindən təsdiqlənməlidir. Proses Xarici Əlaqələr Komitəsində baxılmasını və Respublikaçılar Partiyasının 53 yerə malik olduğu Nümayəndələr Palatasının tam səsverməsini nəzərdə tutur.

"Fox News" daha əvvəl bildirmişdi ki, Valsın fəaliyyətini dayandırması, "Mike Waltz" adlı istifadəçinin martın 24-də bu barədə məqalə dərc edən "The Atlantic"in baş redaktoru Cefri Qoldberqlə söhbətə qoşulmaq üçün sorğu göndərdiyi "Signal" mesajlaşma proqramı ilə bağlı mübahisəli insidentlə bağlıdır.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью