Vals: Rusiya ABŞ danışıqları davam edir

01.05.2025

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Ukraynadakı müharibənin nizamlanması üzrə ABŞ-Rusiya danışıqlar prosesi davam edir, Vaşinqton razılığın hələ də mümkün olduğuna inanır.

Bizimyol.info xəbər verir ki, bunu “Fox News” telekanalında ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals deyib.

"Proses irəliyə doğru iləliləməkdə davam edir. Bəzən bu, eniş-yoxuşlarla müşayiət olunur",- deyə o bildirib.

ABŞ administrasiyasının Moskva ilə danışıqlar aparmaq imkanını yenidən nəzərdən keçirib-keçirməməsi ilə bağlı suala Vals: “Biz Moskvadan danışmırıq”, - deyə cavab verib. Onun sözlərinə görə, “Rusiya danışıqlar masasına oturmalıdır”. “Hər iki tərəf sülhə can atmalıdır. Hər iki tərəf döyüşü dayandırmağa çalışmalıdır. Və inanırıq ki, razılaşma hələ də mümkündür”, - deyə  Vals qeyd edib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью