Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ inanır ki, son günlərdə baş verən silahlı hadisələrə baxmayaraq, İsrail və radikal Fələstin HƏMAS hərəkatı arasında atəşkəs rejimi davam edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Valts bildirib.
"Vəziyyət mürəkkəb və kövrək olaraq qalır. Atəşkəs qorunur, israilli girovlar sağ-salamat azad edilib və biz hər həftə ölən girovların qalıqlarını sözün əsl mənasında alırıq", - Valts Bloomberg-in Sinqapurda təşkil etdiyi Yeni İqtisadiyyat Forumunda çıxış edərkən deyib.
Məryəm Quliyeva