Valverde: Barselonadan qisas almaq istəyirik

11.01.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Real"ın futbolçusu Federiko Valverde "Barselona"ya 0:4 hesabı ilə məğlub olduqları oyundan danışıb. 

QOL.az xəbər verir ki, o, sabah keçiriləcək İspaniya Superkubokunun "el-klassiko"sundan öncə təşkil olunan mətbuat konfransında deyib: 

"0:4 hesablı məğlubiyyətə görə böyük qisas istəyimiz var. Biz o cür məğlubiyyəti gözləmirdik, ona görə də həmin günün gecəsi yatmaq çətin idi". 

Qeyd edək ki, sözügedən görüş sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью