Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Real"ın liderlərindən olan Federiko Valverde karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, bu barədə "TEAMtalk" proqramında məlumat verilib.
"Liverpul" uruqvaylı yarımmüdafiəçini transfer etmək istəyir. Mersisayd təmsilçisi 28 yaşlı futbolçu üçün gələn yay La Liqa nəhənginə 100 milyon avroluq təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, "Real" Federiko Valverdeni 2016-cı ilin yayında ölkəsinin "Penyarol" klubundan 5 milyon avroya transfer edib. Uruqvay millisinin üzvü cari mövsümdə "kral klubu"nun heyətində meydana çıxdığı 13 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi