Valverdenin seçimi təəccübləndirdi: “Məni yox, Kurtuanı seçərdim”

09.09.2026

Icma.az, Idman.biz saytına istinadən bildirir.

“Real”ın yarımmüdafiəçisi Federiko Valverde Çempionlar Liqasının ümumi mərhələsinin birinci turunda “İnter”lə matçın ən yaxşı futbolçusu seçilib.

İdman.Biz xəbər verir ki, 28 yaşlı uruqvaylı futbolçu bu mükafatı “Real”ın qapıçısı Tibo Kurtuanın qazanmalı olduğunu bildirib.

Valverde görüşün 23-cü dəqiqəsində qolla yadda qalıb. Bu top sonda qələbə qolu olub.

“Mükafatı aldığıma inana bilmirəm. Bunu Kurtua qazanmalı idi – o, bizi xilas etdi”, – deyə Valverdenin sözlərini insayder Fabritsio Romano sosial şəbəkələrdə sitat gətirir.

Xatırladaq ki, “Real” Çempionlar Liqasının ümumi mərhələsinin birinci turunda “İnter”i 2:1 hesabı ilə məğlub edib.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью