“Valyadolid” azarkeşləri braziliyalı əfsanəyə etiraz etdilər: “Ronaldo, evinə get!”

01.12.2024

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Valyadolid" İspaniya çempionatının turnir cədvəlində sonuncu yerdə qərarlaşıb. Komanda bu mövsüm La Liqanın 15 oyununda cəmi 9 xal toplaya bilib. Komandanın durumu azarkeşləri narazı salıb. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar baş verənlərdə klubun prezidenti, braziliyalı əfsanə Ronaldonu günahkar hesab edirlər.

Son turda "Atletiko"ya qarşı matçdan əvvəl, oyun zamanı və hakimin final fitindən sonra "Valyadolid" azarkeşləri Ronaldonun əleyhinə etiraz aksiyası keçiriblər. Onlar "Ronaldo, evinə get!" şüarları səsləndiriblər.

Qeyd edək ki, "Valyadolid" "doğma divarlar" arasında "Atletiko"ya 0:5 hesabı ilə məğlub olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью