Valyadolid baş məşqçi ilə vidalaşıb

18.02.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

İspaniya La Liqasında "Valyadolid" baş məşqçisini istefaya göndərib.

İdman.biz xəbər verir ki, uğursuz nəticələrdən sonra Dieqo Kokka ilə yollar ayrılıb.

Klub rəhbərliyi doğma azarkeşlər qarşısında "Sevilya"ya 0:4 hesablı məğlubiyyətdən sonra bu addımı atıb. Komanda sont 8 oyunda 7 dəfə meydanı xalsız tərk edib.

Qeyd edək ki, argentinalı mütəxəssis 2023-cü ildən "Valyadolid"ə rəhbərlik edib. Komanda 24 turdan sonra 12 xalla sonuncu pillədə qərarlaşıb.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью