Valyadolid klubu böyükhesablı məğlubiyyətdən sonra baş məşqçini qovub

02.12.2024

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

İspaniyanın "Valyadolid" klubu baş məşqçi Paulo Pessolano ilə yolları ayırıb.

Oxu.Az xəbər verir ki, mütəxəssis komandanın XV turda "Atletiko Madrid"ə məğlub olmasından (0:5) sonra istefaya göndərilib.

Xatırladaq ki, Paulo Pessolano 2022-ci ildən "Valyadolid" klubunu çalışdırırdı.

Qeyd edək ki, "Valyadolid" La Liqada 15 turdan sonra 9 xalla sonuncu - 20-ci sıradadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью