Valyuta alqı satqısı qaydaları dəyişməyəcək

29.10.2026

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Mərkəzi Bankı (AMB) hazırda valyuta alqı-satqısı ilə bağlı mövcud tələbləri yumşaltmağı və ya dəyişdirməyi nəzərdə tutmur.

Gununesi.info xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov pul siyasəti qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda valyuta alqı-satqısına sərt məhdudiyyətlər tətbiq edilmir. Mövcud tələblər əsasən əməliyyatlara nəzarət və xarici valyutanın alınmasına yönəldilən manat vəsaitinin mənbəyini təsdiqləyən sənədlərlə bağlıdır.

AMB sədri ailədə yalnız bir nəfərin işləməsi səbəbindən valyuta almağın mümkün olmaması barədə deyilənlərin onun üçün təəccüblü olduğunu qeyd edib. O, bəzi valyuta mübadiləsi məntəqələrində tələblərin müştərilərə düzgün izah edilməməsi ehtimalını istisna etməyib.

Taleh Kazımov bildirib ki, iqtisadi fəallığın artması ilə valyutaya tələb də yüksələ bilər. Bu səbəbdən qaydaların bazardakı qısamüddətli dəyişikliklərə uyğun tez-tez dəyişdirilməsini məqsədəuyğun hesab etmir.

Gununesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью