Valyuta ehtiyatları 3 illik idxalı maliyyələşdirməyə kifayət edir

03.12.2024

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu il oktyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 73,5 milyard ABŞ dolları təşkil edib ki, bu da əmtəə və xidmətlərin 35,5 aylıq (təxminən 3 illik) idxalını maliyyələşdirmək üçün kifayətdir. SİA bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir.

Məlumata görə, bu ilin yanvar-sentyabr aylarında ölkənin strateji valyuta ehtiyatları 7,3 % artıb.

AMB-nin məlumatına görə, hazırda valyuta ehtiyatları manatla pul kütləsi göstəricisindən (M2 pul aqreqatı) 3,5 dəfə çoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью