Marja.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları artmaqda davam edir. 2026-cı il oktyabrın 30-na ehtiyatların həcmi 15 milyard 430,4 milyon ABŞ dollarına çatıb.
Marja.az Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya istinadən xəbər verir ki, valyuta ehtiyatları ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyard 62,1 milyon dollar və ya 35,7% artıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Belə ki, 2025-ci il oktyabrın 31-nə Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 11 milyard 368,3 milyon dollar təşkil etmişdi.
Oktyabrda valyuta ehtiyatları daha 67 milyon dollar artıb
2026-cı ilin sentyabr ayının sonuna AMB-nin valyuta ehtiyatları 15 milyard 363,4 milyon dollar olub. Beləliklə, oktyabr ayında ehtiyatlar 67 milyon dollar və ya 0,4% artıb.
2025-ci ilin sonu ilə müqayisədə isə Mərkəzi Bankın valyuta ehtiyatlarında 3 milyard 915,5 milyon dollar və ya 34% artım qeydə alınıb.
Xatırladaq ki, 2025-ci ilin sonunda AMB-nin rəsmi valyuta ehtiyatları 11 milyard 514,9 milyon dollar səviyyəsində idi. Bu göstəricilər Mərkəzi Bankın valyuta ehtiyatlarının həm aylıq, həm də illik müqayisədə artımını davam etdirdiyini göstərir.