Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
1 yanvar 2025-ci il tarixinə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 10 milyard 959.5 milyon ABŞ dolları təşkil edib.
Mərkəzi Bankın məlumatına görə, bankın valyuta ehtiyatları illik müqayisədə 654 milyon ABŞ dolları və ya 5,6% azalıb.
Qeyd edək ki, 2024-cü ilin eyni dövründə bu göstərici 11 milyard 613 milyon dollara bərabər olub.
Bu barədə Moderator.az-a danışan iqtisadçı Cəfər İbrahimli bildirib ki, Mərkəzi Bankın açıqladığı valyuta məzənnələri bazar şərtlərinə uyğun olaraq mütəmadi dəyişir: “Belə ki, Mərkəzi Bankın valyuta ehtiyatları bazarın tələb və təklifini qarşılamaq üçün istifadə olunur.
Mərkəzi Bank mütəmadi həm alış, həm də satış yönlü əməliyyatlar aparır.
Keçən illə cari ili müqayisə etsək, valyuta ehtiyatlarımızda azalma var: amma əslində bu o qədər böyük bir azalma deyil.
Nəzərə alsaq ki, əvvəlki illərdə də mütəmadi olaraq artım müşahidə olunurdu.