Valyuta ehtiyatlarının illik artım tempi kəskin zəiflədi

09.10.2026

Icma.az xəbər verir, Marja.az saytına əsaslanaraq.

2026-cı il sentyabrın 30-na Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard 380,7 milyon ABŞ dolları təşkil edib.

Marja.az Dövlət Statistika Komitəsinin 2026-cı ilin 9 ayı üzrə “Əsas makroiqtisadi göstəricilərin icmalı”na istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni tarixi ilə müqayisədə 9,7% artıb.

Strateji valyuta ehtiyatlarının illik artım tempi avqustun sonundakı 15,7%-lik göstəricidən aşağı olub.

Azərbaycanın strateji valyuta ehtiyatları ölkənin xarici maliyyə dayanıqlığının əsas göstəricilərindən biridir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью