Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda iqtisadi artım yüksələcək, maliyyə ehtiyatları artacaq Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan Mərkəzi Bankının (MB) strtaeji valyuta ehtiyatlarının 2025-ci ilin sonuna 11,9 milyard ABŞ dolları təşkil edəcəyinə dair proqnozlarını açıqlayıb.
Fondun ekspertləri bunu ölkədə tədiyyə balansının cari vəziyyətinin qənaətbəxş olması və valyuta bazarının dollara olan tələbatının tam təmin edilməsi fonunda fərz edir.
BVF hesab edir ki, 2026-cı ilin sonuna isə Mərkəzi Bankın valyuta ehtiyatları 11,7 milyard dollara çatacaq.
Qeyd edək ki, cari il oktyabrın 1-nə MB-nin valyuta ehtiyatları 11 milyard 310,5 milyon dollar təşkil edib.
Bu, sentyabrın 1-i ilə müqayisədə 0,5 faiz artım deməkdir. Azərbaycanın cəmi strateji ehtiyatlarının həcmi 78 milyard dollara çatıb Hazırda
Valyuta ehtiyatları beynəlxalq kifayətlilik normalarını üstələməkdə davam edir.
Belə ki, ehtiyatlar 36 aylıq mal və xidmət idxalına kifayət etməklə, manatla pul kütləsini 3,8 dəfə üstələyib.