Valyuta hərraclarında nə qədər dollar satıldığı açıqlanıb

29.10.2026

Marja.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Mərkəzi Bankının (AMB) iştirakı ilə keçirilən valyuta hərraclarında satılan xarici valyutanın ümumi həcmi təxminən 1,1 milyard ABŞ dolları təşkil edib.

Marja.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov 29 oktyabr 2026-cı il tarixində keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Mərkəzi Bankın sədri nağd valyuta bazarında təklifin tələbi üstələməsi ilə valyuta hərraclarında həyata keçirilən satışların bir-birindən fərqli göstəricilər olduğunu vurğulayıb.

Onun sözlərinə görə, 2026-cı ilin yanvar-sentyabr aylarında əhalinin mübadilə məntəqələrinə satdığı nağd xarici valyutanın həcmi həmin məntəqələrdən aldığı valyutanın həcmindən 759 milyon ABŞ dolları çox olub.

Taleh Kazımov bildirib ki, bu göstəricinin Mərkəzi Bankın valyuta hərraclarında həyata keçirdiyi satışlarla heç bir əlaqəsi yoxdur.

AMB sədri valyuta hərraclarında satılan məbləğin təxminən 1,1 milyard ABŞ dolları olduğunu qeyd edib.

Beləliklə, 759 milyon dollarlıq göstərici əhalinin nağd valyuta əməliyyatlarında xalis satışını, 1,1 milyard dollarlıq göstərici isə valyuta hərraclarında həyata keçirilən satışları əks etdirir.

Qeyd edək ki, Mərkəzi Bankın daha əvvəl açıqladığı məlumata əsasən, 2026-cı ilin doqquz ayında valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. Bu tendensiya həm nağd, həm də qeyri-nağd valyuta bazarında müşahidə olunub.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Əlavə edək ki, 2026-cı ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfndən dövlət büdcəsinə transfertin məbləği 9 milyard 628 milyon manat təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью