Vamik Fərzəliyev vəfat etdi FOTO

20.07.2026

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu barədə Ölkə.az-a onun yaxınları məlumat verib. 

V.Fərzəliyevin ölüm səbəbi açıqlanmayıb. 

Qeyd edək ki, Vamik İmamverdi oğlu Fərzəliyev 10 fevral 1950-ci ildə anadan olub. 
1973-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) baytarlıq fakültəsini bitirib.

1984-cü ildə “Yem payına yağlar və selen əlavə edilmiş gövşəyən heyvanlarda mədə-bağırsaq həzminin öyrənilməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə biologiya elmləri namizədi adını alıb. 

O, ali məktəbin Gigiyena və qida kafedrasında çalışırdı. 
2010-cu ildən dosent idi. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью