Van Bronkhorst “Liverpul”dan ayrıldı: Slotdan sonra

12.06.2026

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Liverpul” baş məşqçi Arne Slotun gedişindən sonra məşqçilər korpusunda dəyişiklikləri davam etdirib.

Apasport.az xəbər verir ki, İngiltərə klubu niderlandlı mütəxəssis Covanni van Bronkhorstla yollarını ayırıb.

O, Slotun texniki heyətində köməkçi məşqçi kimi çalışırdı.

“Liverpul” daha əvvəl Arne Slotu baş məşqçi postundan göndərib.

Onun ayrılığından sonra Sipke Hulshoff, Ruben Peeters və Covanni van Bronkhorst da klubdan gedib. 
Qeyd edək ki, Van Bronkhorst “Liverpul”a 2025-ci ilin yayında qoşulmuşdu.

O, buna qədər “Beşiktaş”ın baş məşqçisi olub və 2024-cü ilin sonunda İstanbul təmsilçisindən ayrılıb.

"Tottenhem"dən Porroya Yeni təklif “Uotford”un əfsanəsi vəfat etdi Fatinin gələcəyi sual altında: TRANSFER NİYƏ GECİKİR? Vuşkoviç "Brayton"un hədəfində: FUTBOLÇU DA RAZIDIR "Real" bəndi aktivləşdirməyəcək: MUNYOS İNGİLTƏRƏ YOLUNDA
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью